• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2144
— 26.10.2018 14:56

Uşaq Gənclər İnkşaf Mərkəzində “Vətənin müdafiəsinə hazıram” adlı Gəncə şəhər gənclərini toplantısı keçirilib

KepezTV Player

Şəhər Gənclər və İdman baş idarəsini, Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətini yerli qurumlarının və gənclərin iştiakı ilə keçirilən görüşdə vətənpərvərlik mövzularında çıxışlar edilib. Qeyd olunub ki, müharibə şəraitində yaşayan ölkəmizi qorumaq üçün daim ayıq sayıq olmalıyız.  Çıxışlarda Azərbaycan gəncliyinin daim vətənpərvər ruhunda böyüdülməsi üçün məktəbəqədər təhsil müəssilərindən başlayaraq tərbiyəvi təbliğat aparılır. Bu gün orta məktəblərdə hərbi dərslərin müasir metodologiya ilə tədris olunması, bu səpgidə tədbirlərin təşkil edilməsi  yeniyetmələrin vətənpərvər ruhda böyüməsinə öz müsbət təsirini göstərir. Tədbirdə Uşaq Gənclər İnkşaf Mərkəzinin və musiqi kollecinin şagirdlərini rəqsi nümayiş olunub, onların ifa etdikləri vətənpərvər musiqilər dinlənilib.

Ruslan Vəliyev – tələbə: Biz hər zaman vətənin müdafisəinə hazır olmalıyıq. Vətənpərvərlik tək döyüşlərdə iştiak etmək deyl, həmçinin digər sahələrdə mübarizə aparmaq kimi səciyyəvi olamlıdır. Biz həmçinin vətənin beynəlxalq təşkilatlarda müdafiə etmək üçün təşəbbüskar olmaylıq.

Aişə Osmanlı  - tələbə:  Məni inanıram ki, bu gün Azərbaycanda yetişən gənclik həm öz bilikəri, həmdə vətənpərvərlikləri ilə, sədaqətli vətəndaş mövqeyində olmaqla digər ölkə gənclərinə nümunə olacaqdır. 

Sevinc Ələkbərova - Uşaq Gənclər İnkşaf Mərkəzinin direktoru:  Müasir dövürdə Azərbaycan ordusu, dünyanın ən güclü orduları sırasındadır. Sevindirici haldır ki, son illərdə ölkəmizdə ordu quruculu sahəsində böyük naliyyələr əldə olunub. Silahlı qüvvələrmizin formalaşmaıs isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün silahl qüvvələrimizin quruculuğu sürətlə davam etdirilir və ordumuz təkmilləşmə dövrünü yaşayır.

 

Xaliq Qurbanlı