• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 26.10.2018 14:36

Göygöl rayon baytarları təsərrüfatlarda dezinfeksiya işlərinə başlayıb

KepezTV Player

Göygöl baytarları rayon ərazisindəki təsərrüfatlarda saxlanılan heyvanların peyvəndləməsi işlərini yekunlaşdırıblar. Hazırda fermalarda, eləcə də heyvanların satışı həyata keçirilən yerlərdə dezinfeksiya işlərinə başlanılıb.

İlin əvvəlindən iri və xırda buynuzlu heyvanlarda qarayara, dabaq, nodulyar dermatit, brusellyoz, itlərdə quduzluq, eləcə də quşlarda nyukasl xəstəliyinə qarşı vaksinasiya aparılıb. 5719 iribuynuzludan bruselyoz, 2126 baş törədici qoçdan brusselyoz və epididimit xəstəliklərinin aşkarlanması üçün qan nümunələri götürülüb və Göygöl Sınaq Laboratoriyasında analiz edilib. Hazırda baytarlar yolxucu xəstəliklərə, virus və bakteriyalara qarşı təsərrüfatlarda, həmçinin heyvan bazarında dezinfeksiya işləri həyata keçirirlər.

Oqtay Həmidov - Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi – “Dezinfeksiya və dezinseksiya işinin xəstəliklərin proflaktikasına da mühüm əhəmiyyət vardı.Ona görədə təsərrüfat sahiblərinə öz təsərrüfatlarında bu tədbirlərin vaxtaşırı aparmasını tövsiyyə edirik. 2018-ci ilin müvafiq dövrü ərzində Göygöl rayon Baytarlıq İdarəsi tərəfindən epizotik əleyhinə tədbirlərin, proflaktik peyvəndlərin, diaqnostik müayinələrin və baytarlıq sanitariya tədbirlərinin vaxtlı vaxtında aparılmasınının nəticəsi olaraq rayon ərazisində yolxucu xəstəliklər baş verməmişdi və hazırda epizodik vəziyyət sabitdir”.

Profilaktik tədbirlər gələn ayın ortalarına kimi davam edəcək. 

Mahmud Məmmədov - mal bazarının nəzarətçisi: “Satış üçün müxtəlif rayonlardan heyvanlar qəbul olunur. Onlarda olan xəstəliklərin qarşısının alınması üçün həkimlər mütamadi olaraq tədbirlər görürlər. Bunun nəticəsi olaraq bu günkü günə kimi bazarımızda heç bir yolxucu xəstəlik baş verməmişdi”.

Baytar həkimlər təsərrüfat sahibləri ilə heyvanların saxlanması, yemlənməsi, xəstəliklərdən qorunması ilə bağlı maarifləndirici söhbətlər də aparırlar.

 

Elnur Vahidoğlu