• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 25.10.2018 21:08

Top mərmiləri tapıldı

KepezTV Player

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursat aşkarlanıb.Daxili İşlər Nazirliyinin ″102″ Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə daxil olan məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik top mərmisi və 24 ədəd boş giliz aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri daha sonra davam etdirilib, nəticədə əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi və 26 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.