Bu günə xəbərlərin oxunma sayı: 1192
— 25.10.2018 15:40

Uşu-sandaçılar Azərbaycan birinciliyində medallar qazanıblar

KepezTV Player

Kəlbəcər İdman Klubunun və Gəncə şəhər 2 nömrəli uşaq Gənclər İdman Şahmat Məktəbinin üzvləri uşu-sanda üzrə Azərbaycan birinciliyində iştirak ediblər. Nəticələr birinciliyin uşaq və yeniyetmə döyüşçülər üçün uğurlu alındığını deməyə əsas verir.

Məşqçi Yaşar İsgəndərovun yetirmələri yarışın müxtəlif əyarlı 6 medalını qazanıblar. İdmançılardan üçü ölkə birinciliyinin qalibi olub. Müxtəlif yaş qruplarında və çəki dərəcələrində Azay Camalov, Elçin Əsgərov və Rza Ömər bütün döyüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Uşu-sandaçılardan Akon Azadov, Razim Salmanov gümüş, Sakit Məlikov isə yarışın bürünc medalına sahib olub.

Respublika birinciliyininin qalibi olan Azay Camalov yığma komandaya dəvət alıb. O, Türkiyədə yeniyetmələr arasında keçiriləcək Dünya Kubokunda qüvvəsini sınayacaq.

Azad Rəfi