KepezTV Player
12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Gəncədə fəaliyyət göstərən peşə məktəblərinin müəllim və tələbələrilə görüş keçiriblər. Maarifləndirmə xarakterli görüşdə tələbələrə vergi sistemi, bu sahədəki yeniliklər, vergi güzəştləri və azadolmalar, dövlət büdcəsi, eləcədə büdcə xərcləri haqqında məlumatlar verilib. 1 saylı peşə liseyində təşkil olunan tədbirdə tələbələr nağdsız hesablaşmaların aparılması, post terminalların quraşdırılması və istifadəsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı da bilgiləndiriliblər. Belə görüşlərin keçirilməsində məqsəd ölkədə nümunəvi vergi odəyicilərinin sayının daha da artırılmasına nail olmaqdır.
- Baxış: 937