• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 25.10.2018 15:34

Qanvermə aksiyaları davam edir

KepezTV Player

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Qazax Müalicə Diaqnostika Mərkəzində  qanvermə aksiyası keçirilib. Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Qan Bankının həkim briqadası könüllü donor olan idarə və təşkilatların əməkdaşları, eləcə də sakinlərdən qan götürüblər. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir. Rayonda belə aksiyalar hər il bir neçə dəfə keçirilir. Budəfəki qanvermə aksiyasında da xeyli sayda rayon sakini iştirak edib və tədarük edilən qan Qan Bankına təhvil verilib.

Natiq Hüseyn