• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 25.10.2018 15:24

Goranboyda Ailə və Uşaqlara Dəstək Mərəzinin tikintisinə start verilib

KepezTV Player

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə həyata keçirilən işlərə bu ilin iyununda başlanılıb. Yarım hektar ərzidə yerləşən birmərtəbəli tikilidə xüsusi qayğıya ehtiyacı olanlar üçün məşğələ otaqları, mini hovuz, idman zalı və digər yardımçı otaqlar olacaq. Hazırda karkas və hörgü işləri aparılır. Mərkəz 500-ə yaxın əlilliyi olan şəxsin reabilitasıyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olur.

Südabə Həsənova mərkəzin direktor əvəzi:Bir ilə yaxın idi ki, bizim köhnə binamız yarasız vəziyyətdəydi, qəzalı idi. Burada bizim xidmət üçün imkanlarımız o qədərdə yaxşı deyildi. Amma indi bizim üçün mərkəz inşa olunur. Sağolsun dövlətimizi.

Vasif Hətəmov tikintidə sahə rəisi:Bir mərtəbəli binadır, hündürlüyü 4 metirdir. Ərazidə mərkəzdən başqa köməkçi tikililər olan 100 kv metirilik yanğın əlehinə su anbarı, 15 kubluq içməli su anbarı, qazanxana və nasosxana binaları tikilir. Obyektin tikintisi bu ilin sonlarında inşa olunaraq təhvil verilməsi nəzərdə tutulur.