• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 25.10.2018 14:06

İrandan heroin və metamfetamin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. Sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus sellofan torbada gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.Lakin əl yükünün yoxlanması zamanı sellofan torbadakı müxtəlif ərzaq və şirniyyatın yanında, saç kremi qutusunun içərisində kremə qarışmış və gömrük nəzarətindən gizlədilmiş halda 2 ədəd büküm aşkar edilib. Xalis çəkisi 100,565 qram heroin və 10,050 qram metamfetamin götürülüb.Faktla bağlı araşdırma aparılır.