• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 25.10.2018 14:00

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanılıb

KepezTV Player

Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Ford” markalı avtomobilin sürücüsü Ziya Hüsniyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobilə Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman siqaret qutusunda gizlədilən, sürücüyə məxsus narkotik vasitə - qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb. Sürücü ilkin sorğu zamanı sükan arxasına narkotik vasitə qəbul etdikdən sonra əyləşdiyini etiraf edib.

Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi məlum olub.

Binəqədi rayonu 6-cı mikrorayon ərazisində saxlanılan “Niva” markalı avtomobilin sürücüsü Asiman Yusiflinin sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyənlşib.

Avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də müəyyən edilərək saxlanılıblar. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.