Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan daha biri dünyasını dəyişib.3 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə verilən məlumata görə,hadisə nəticəsində xəsarət alan Məmməd Əzimovun müalicəsi nəticə verməyib. Qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya çatdırılan və əməliyyat olunan xəstənin dalağı da çıxarılıb.Həmin vaxtdan Reanimasiya şöbəsində müalicə alıb. Bir neçə gün öncə Əzimov vəziyyəti pisləşdiyi üçün özəl klinikalardan birinə köçürülüb. Lakin həkimlərin səyi nəticəsiz qalıb. Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.
- Baxış: 549