• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 24.10.2018 15:10

Gəncədə şəhər rəhbərliyi ilə mədəniyyət işçilərinin görüşü olub

KepezTV Player

Ölkə başçısının müvafiq tapşırığına əsasən keçirilən görüşdə mədəniyyət sahəsində çalışanlarının təklif və şikayətləri dinlənilib.  Yeni teatr binasının tikintisi, mədəniyyət obyektlərinin təmiri və istilik sistemi ilə təchizatı qaldırılan əsas məsələlərdən olub. Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının respublika və  beynəlxalq festivallarda əldə etdiyi uğurlar da diqqətə çatdırılıb. Həlli vacib məsələlərlə bağlı  şəhər rəhbərliyi tərəfindən aidiyyəti qurumlara göstərişlər verilib.