• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 24.10.2018 14:53

Tovuzlu gənclər həqiqi hərbi xidmətə yola salınıb

KepezTV Player

Tovuz rayonunda Azərbaycan Pezidenti İlham Əliyevin sərəncamına əsasən, gənclərin həqiqi hərbi xidmətə yola salınması baş tutub. Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Çıxış edənlər gəncləri təbrik edərək, müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu bildiriblər. Azərbaycan ordusunun güclü maddi texniki bazaya malik olduğunu və hərbi hissələrdə şəraitin daha da yaxşılaşdığını diqqətə çatdırıblar. N saylı hərbi hissəsinin əsgərlərinin nümünəvi çıxışları alqışlarla qarşılanıb. Sonda həqiqi hərbi xidmətə çağırılan gənclər dövlət bayrağımızı öpərək sədaqət andı içiblər. Mahnı və rəqslərlə davam edən tədbirdən sonra çağırışçılar hərbi hissələrə yola düşüblər.

Kamil Mövsümov - çağırışçı: Mən fəxr edirəm ki Azərbaycan respublikasının silahlı qüvvələrinə hərbi xidmətə yola düşürəm. Bu gün çox möhtərəm bir gündür. Çünki mən ali məqsədimə çatıram.

Bayram Hümbətov - şəhid atası: Mən bir şəhid atası kimi bu gün yola düşən çağırışçılara vətən uğrunda döyüşməyi onlara vətəni qorumağa arzu edirəm. Necə mənim oğlum Günnüt əməliyyatında qəhrəmanlıq göstərib və bir Azərbaycan oğlu kimi şəhid olub. Mən arzu ediərm onlar sağ-salmaat gedib gəlsin.

Lətif Hüseynov – valideyn: Hər şey şəffaf şəkildə aparılır. Bizim uşağaımız hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən sms vasitəsi ilə öyrəndik. Çox razıyıq. Allah dövlətimizi bərqərar etsin.

 

Natiq Hüseyn