• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 24.10.2018 14:29

Şəmkirdə payızlıq səpin aparılır

KepezTV Player

2018-ci ildə Şəmkir rayonunda 16824 hektar sahədə dənli bitkilərin səpini aparılıb. Həmin sahələrdən 2863 hektarı arpa, 12811 hektarı buğda, 150 hektarı isə vələmirin payına düşüb. Seçilən keyfiyyətli toxum və düzgün aqrotexniki qulluq məhsuldarlığa müsbət təsir göstərib. Orta məhsuldarlıq 31,3 sentner olmaqla sahələrdən 52750 ton məhsul götürülüb. Bu dəfə də yüksək məhsuldarlığa ümid edən şəmkirli fermerlər bir neçə gündür sahələrdə səpin aparırlar. Prosesə Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin mütxəsissləri nəzarət edirlər. Mülayim hava şəraitindən maksimum yararlanan təsərrüfatçılar səpini optimal müddətə başa çatdırmağı planlaşdırırlar. Bunun üçün sahələrə kifayət qədər texnika cəlb olunub.

Abdulla Nəsibov - fermer Mən Çınarlı qəsəbəsi ərazisində 2018 ci il üçün 250 hektar sahədə taxıl əkmişdim. Gələn il üçün 300 hektar hazırlamışıq. Bu il məhsuldarlığımız ürəkaçan olub.

Kamil Yusifov - Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Bugünədək Şəmkir rayonunda 2863 hektar sahədə buğda 170 hektar sahədə arpa səpilib. Ümumilikdə 17 min hektardan artıq sahədə səpin aparılması planlaşdırılır.

 

Natiq Hüseyn