• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 24.10.2018 14:42

Sabah qərb derbisi keçiriləcək

KepezTV Player

Sabah futbol üzrə Azərbaycan çempionatının I Divizionunda qərb derbisi keçiriləcək. “Kəpəz” və “Turan Tovuz” komandaları arasındak görüş çempionatın 8-ci turu çərçivəsində baş tutacaq.

Azərbaycan futbolunun tarixində xüsusi yeri olan qərb derbisi bu gün də aktuallığını qoruyur. Düzdü, hədəfindən uzaq düşən klubların aşağı dəstədə çıxış etməsi prinsipiallığa müəyyən qədər təsir edib. Amma bu, mübarizə əzmini, barışmaz rəqib üzərində qələbə qazanmaq istəyini azaltmayıb.

Turnir cədvəlində tovuzlular “Kəpəz”i 1 xallıq fərqlə 3 pillə qabaqlayır. “Sarı-göylər” 6 xala malik olmaqla 12-ci pillədə qərarlaşıblar.

Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Turan Tovuz” matçı saat 15:00-da başlayacaq. Xatırladaq ki, komandalar bu mövsüm yoxlama oyunları çərçivəsində üç dəfə qarşılaşıblar. İki görüş heç-heçə nəticələnibsə, bir oyunda gəncəlilər qələbə qazanıb.

Azad Rəfi