• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 23.10.2018 15:15

Gəncədə məktəbəqədər təhsil müəsisələrinin tibb bacıları üçün təlim keçirilib

KepezTV Player

Qıcolmalar, travmalar, bədənin müxtəlif nahiyələrinin sızıldaması, qanaxmalar, bayılmalar məktəbəqədər təhsil müəsisələrində uşaqlar arasında ən çox rast gəlinən hallardır. Bu zaman tibb bacılarının ilkin tibbi yardım göstərməsi vacibdir. Çünki müalicənin sonrakı mərhələsinin uğurlu alınmasında ilkin yardım çox önəmlidir. Məhz elə buna görə də Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan tibb bacılarının biliklərinin artırılması istiqamətində tədbirlər görülür. Bağçalarda çalışan 42 tibb bacısı üçün təlimin təşkili də bu qəbildəndir. Təlimdə təhsil müəssisələrində tibb otaqlarının lazımi dərman preparatları ilə təmin olunduğu vurğulanıb. Bu cür təlimlərin bundan sonra da mütəmadi şəkildə keçiriləcəyi diqqətə çatdırılıb.

Azelma Dadaşova - Gəncə Şəhər Səhiyyə İdarəsinin baş pediatrı: “Ehtiyac duyduğumuz, daha çox rast gəldiyimiz problemlər üzrə daha aktual məsələlər üzrə mütamadi olaraq belə seminarların keçirilməsi nəzərdə tutulub”.

Elnur Vahidoğlu