Qış mövsümündə Göygöl rayonunun orta ümümtəhsil müəssisələrində də isitilik sarıdan heç bir problem yaşanmayacaq. Artıq məktəblərdə hazırlıq işlərinə başlanılıb. Rayon üzrə 50 təhsil ocağının 21-i mərkəzləşdirilmiş qaydada isidilir. Digər 29 orta məktəb isə odun və duru yanacaqla qızdırılır. Odunla isdilən müəssisələrin qış tədarükü tam başa çatıb. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilən 20-50 kub arası odun təhsil ocaqlarının anbarlarına yığılıb. Mərkəzi qazanxana sistemi olan məktəblərdə cari təmir işləri yekunlaşıb, duru yanacaqla qızdırılan təhsil ocaqlarına isə 6-7 ton arası yanacaq verilib. Dağ rayonu olduğundan Göygöl məktəblərinin qış mövsümündə isidilməsi noyabrın 1-dən mayın 1-nə kimi davam edəcək.
Söhrab İsayev 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Göygöl rayonu üzrə aprıcı məsləhətçisi: “8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən odunun alınması üçün tender elan olunur. Tenderdə qalib gəlmiş təşkilatın hesabına vəsait köçürüldükdən sonra məktəblər odun gətirilib təhvil verilir. Qaz istisamar idarələri tərəfindən məktəblərə verilir. Dizel yanacaqları da eyni qayda da tenderin nəticələrindən asılı olaraq məktəblərə gətirilib təhvil verilir”.
Aqif Hüseynov Çaylı kənd tam orta məktəbinin direktoru: “Dövlət tərəfindən ayrılmış 38 kub odun gətirilib anbara yığılıb. Mövsüm başladıqdan sonra isə müntəzəm olaraq siniflərdə peç yanacaq, istiliklə tam təmin oluncaqdı.”
Elnur Vahidoğlu
- Baxış: 746