• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 23.10.2018 14:30

Paytaxt sakininə hədə-qorxu gələn keçmiş məhkum saxlanıldı

KepezTV Player

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. Rayon sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.

25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Cavanşir Bayramovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.