• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 23.10.2018 10:08

Ayılar avtomobilin qapılarını açmağı öyrəndilər

Koloradoda yerləşən Red Van Workshop firmasının ofisində maraqlı hadisə baş verib. Belə ki, təhlükəsizlik kameraları avtomobil dayanacağında ayı qeydə alıb. Yırtıcı heyvan çox asanlıqla maşının qapısını açıb salona daxil olub. İçəridə bir qədər qurdalandıqdan sonra yenə çölə çıxaraq avtomobilin o biri qapısını da açmağı bacarıb. Yenə içəri girmək istəyən ayı nədənsə qorxaraq geri çəkilib. Oxşar hadisə ötən ilin yaz aylarında da baş vermişdi. Virciniya ştatında bir ayı balası Honda Pilot avtomobilinin içərisinə daxil olub, qapını örtüb və siqnalı basmağa başlayıb.