• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 23.10.2018 10:05

Beyin dalğalarını oxuyan qacet ixtira olundu

Çinin Xiaomi şirkəti daha tez yatmağa kömək edən “ağıllı” maskalar hazırlayıb. Üç elektrodla təmin olunan Easy Air Brain Wave Sleeping Eye Mask baş beyninin elektrik dalğalarını tutur və sakitləşdirir. Bunun üçün o insanın optimal vəziyyətinə uyğun musiqi seçir. Nəticədə bəşər övladı daha tez yuxuya gedir. Beyninin ritm analizinə süni intellektli alqoritmlər cavabdehdir. Yatarkən isə smart maska səsi tamamilə kəsir, səhər isə sahibinin rahat oyanması üçün daha münasib bir musiqi seçir. Musiqili maska nəfəs alması mümkün olan kompozit materialdan hazırlanıb. Parçanı titandan ayırıb yumaq da olar. Cihaz 50 qram çəkidədir və günəş şüalarını 99% bloklayır. Easy Air Brain Wave Sleeping Eye Mask-a Xiaomi saytında $36 qiymət qoyulub.