Bu günə xəbərlərin oxunma sayı: 1192
— 22.10.2018 15:13

Aşağı yaşlı futbolçuların Azərbaycan birinciliyi davam edir

KepezTV Player

Aşağı yaşlı futbolçulardan ibarət komandaların çıxış etdiyi Azərbaycan birinciliyində mübarizə davam edir. AFFA-nın təşkilatçılığı ilə reallaşan yarış 6 region üzrə keçirilir. Qərb – Gəncə regionu üzrə birinciliyin Gəncə zonasında Nizami yurdunun təmsilçiləri yanaşı, Göygöl və Samux komandaları da qüvvəsini sınayır. Yarışlar 10-14 yaşarası 5 yaş qrupunda təşkil olunub. Birincilikdə 40 kollektiv iştirak edir. Gəncə birinclikdə iki idman məktəbinin və “Kəpəz” futbol klubunun komandaları ilə təmsil olunur.

Azad Rəfi