• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 20.10.2018 16:32

Baytarlar xaricdən gətirilən cins malları peyvənd edir

"Aqrolizinq"in Gəncədəki Təchizat Bazasına damazlıq heyvanların növbəti partiyası, 155 baş Simmental cinsindən olan südlük və ətlik heyvanlar gətirilib. Gəncə şəhər Baytarlıq İdarəsinin həkimləri heyvanlardan seroloji müayinələr üçün qan nümunələri götürüb, dabaq əleyhinə peyvənd vurublar. Cins malları yarana biləcək yoluxucu xəstəliklərdən qorumaq üçün təchizat bazasının ərazisində dezinfeksiya tədbirləri də aparılıb. Cins mallar bir ay karantin müddətində baytar həkimlərin nəzarəti altında olacaq. Daha sonra isə lizinq yolu ilə fermerlərə satılacaq. Məhsuldarlığı ilə seçilən iribuynuzlulara təlabat artdığından, Kənd Təsərrüfatı Nazirliyi ildən-ilə idxal olunan heyvanların sayını artırır.  Təkcə ötən il Gəncə Regional Təchizat bazasına Almaniya və Avstraliyadan ətlik və südlük istiqamətli 1000-ə yaxın  heyvan gətirilib.

Natiq Hüseyn