• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 22.10.2018 15:05

Qazaxın İkinci Şıxlı kəndində körpələr evi-uşaq bağçası əsaslı təmir olunub

KepezTV Player

Azərbaycanın qərp qapısı Qazaxda körpələr evi-uşaq bağçalarının maddi-texniki bazası gücləndirilir. İkinci Şıxlı kəndinin tərbiyə müəssisəsi də təmir edilərək istifadəyə verilib. Körpələr evi-uşaq bağçası 35 yerlik olmaqla 2 qrupdan ibarətdir. Burada gələcək nəslin sağlam ruhda böyüməsi üçün hər cür şərait yaradılıb. Bağça binası inventarlarla tam təchiz edilib. Mərasimdə son illər Qazaxda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin yenilənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bu il Qazax şəhər 2 və 3  saylı, Bala Cəfərli, Quşçu Ayrım və Canalı kənd uşaq bağçaları təmir olunub, yeni inventar və avadanlıqlarla təchiz edilib. Hazırda analoji işlər Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasında davam etdirilir. Bundan əlavə, Çaylı kəndində əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq yaxın vaxtlarda tərbiyə müəssisəsinin inşasına başlanacaq. Qazax rayonunda ümumilikdə 25 körpələr evi-uşaq bağçası mövcuddur. Bu müəssisələrdə ümumilikdə 1100 uşaq tərbiyə alır.

 

Natiq Hüseyn