Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkədə tingçiliyin inkişaf etdirilməsi məqsədilə cır meyvə sortlarının daha məhsuldar sortlarla əvəzlənməsi prosesi həyata keçirilir. Bir neçə il bundan öncə Goranboya xaricdən gətirilən tinglər artıq öz bəhrəsini verməyə başlayıb.
Fermer Rasim Nəbiyev il ərzində 40 minə qədər ərik, alça və şövtəli tingi yetişdirir. İtaliya və Türkiyədən gətirilən sortlar yerli mühitə uyğunlaşdırıldıqdan sonra çalağı aparılır. Bol məhsuldarlığı və xəstəliklərə dözümlülüyü ilə seçilən tinglər ötən il Kənd Təsərrüfatı Nazirliyində sertifikatlaşdırılıb və qurum tərəfindən təsərrüfata hər ting üçün 50 qəpik subsidiya da verilir.
Rasim Nəbiyev – fermer “Bu sortlar Azərbaycanda olan meyvə sortlarından tez yetişməyi ilə də fərqlənir. Tinglərin bir üstünlüyü də artıq 2-ci ilindən sonra meyvəsini yığıb satmaq mümükün olur. Məhsuldar tinglər çox həssas ağaclardır odur ki, bunlara vaxtında aqrotexniki qulluq göstərəsən. Onda məhsuldarlıqda çox yaxşı olur”.
Bar verən hər ağacdan il ərzində 20-25 kiloqram məhsul əldə etmək mümkündür. Hər hektar bağ üçün isə 600-700 tingin əkilməsi məqsədəuyğun hesab edilir.
Rasim Nəbiyev – fermer “Əkldikdən sonra 2-ci ili bu ağaclar hər hektardan ərik 8 ton, şaftalı 6 ton. Ağac 3, 4-cü ilində 15-18 ton arasında məhsul verir. Hər ildə ağacın yaşı artıqca 5 ton meyvə bağında məhsul da artır. Azərbaycan təbiəti üçün çox əlverişli və qarantili ağaclardır”.
Fermer gələcəkdə bu sahəni genişləndirərək hər il 100 min tingin yetişdirilməsini qarşıya məqsəd qoyub. Bundan başqa, təsərrüfatda Türkiyədən gətirilən pomidor sortlarının yerli mühitə uyğunlaşdırılması üçün sınaq da aparılır.
Xaliq Qurbanlı
- Baxış: 1297