• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 22.10.2018 13:22

Yük və minik maşınları toqquşdu, yaralı var

KepezTV Player

Tovuz rayonunda xəsarətlə nəticələnən qəza baş verib. Aşağı Öysüzlü kəndində yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarındakı arxa düşüb. Qəza nəticəsində VAZ-ın sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 31 yaşlı Hikmət Hüseynov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, avtomobili isə yararsız hala düşüb.

Şabranda yol qəzası qeydə alınıb. “VAZ” markalı minik avtomobili beton maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri maşında sıxılmış vəziyyətdə qalan sürücü, 26 yaşlı Pərviz Mövlanlının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararıb və aidiyyəti üzrə təhvil veriblər.

Zaqatalada da sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yuxarı Tala kənd sakini 23 yaşlı Abdukərim Nəzərov “VAZ-21064” markalı minik maşını ilə Zaqatala-Qax yolunda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb. Qəzadan sonra sürücü ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır. Faktla bağlı araşdırmalara başlanılıb.