• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 22.10.2018 10:03

Palm brendi altında ilk smartfon

San-Fransiskodan olan kiçik bir startap Palm brendi altında ilk smartfon təqdim edib. Palm markası əvvəllər əl alətləri ishtehsal edirdi. İndi isə onu yenidən qaytarıb Palm adlı smartfonlar hazırlayıblar. Cihaz Amerikanın Verizon operatorunun tərəfdaşı qismində çıxış edəcək. Onu noyabrdan satışda görəcəyik. Üzərində isə $350 qiymət olacaq. Onu almaq elə də asan deyil. Belə ki,Verizon mobil operatoru onu yalnız cari tarif planına qoşulduqda təklif edir. 3,3 düymlük ekranı, 12 meqapiksellik əsas və 8 meqapiksellik ön kamerası olan aparat Snapdragon 435 prosessoru ilə işləyir. Operativ yaddaş 3 QB, daxili yaddaş 32 Qb-dır. 800 mAs həcmli Palm sanki iPhone X-in kiçik versiyasıdır. Onun ölçüsünü kredit kartı ilə müqayisə edirlər. Life Mode rejimi ilə Bluetooth istisna olmaqla smartfonun bütün funksiyalarını dayandırmaq imkanı var.