• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1998
— 19.10.2018 14:28

2018-ci ilin doqquz ayı Qazax rayonu üçün uğurlu olub

KepezTV Player

Qazaxda ilin 9 ayı ərzində sahibkarlığın inkişafına xüsusi önəm verilib. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 layihə üzrə güzəştli kredit verilib. Nəticədə 71 yeni iş yeri yaradılıb. Əhalinin elektrik enerjisi və təbii qazla təminatı sahəsində də işlər görülüb. Kəndlərdə yeni elektron ATS-lər qurulur. Bal çaylı kəndində 256 nömrə tutumlu yeni stansiya qurulub, Çaylı kəndində isə 350 nömərlik xətt istifadəyə verilib. Kəndlərin yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində işlər davam etdirilir. Qazax rayonu Səməd Vurğun adına 2 saylı tam orta məktəb yaxın vaxtlarda əsaslı təmirdən sonra istifadəyə veriləcək. Hesabat iclasında kəndlərarası ictimai nəqliyyatın təşkili, əhalinin məşğulluğunun təminatı, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində ətraflı müzakirələr aparılıb. Aidiyyəti struktur rəhbərləri qarşısında konkret tələblər qoyulub.

 

Natiq Hüseyn