• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 19.10.2018 14:18

Göygöl rayonunda fermerlər şurasının sədr və üzvləri torpaq mülkiyyətçiləri ilə görüşüb

KepezTV Player

Göygöl rayonunda yeni yaradılan Fermerlər Şurasının nümayəndələri sahələrdə torpaq mülkiyyətçiləri ilə görüşüblər. Təsərrüfat sahiblərinin qarşılaşdıqları problemlər, üzləşdikləri çətinliklərlə yerindəcə maraqlanıblar. Fermerlər Şurası iki aya yaxındır ki, aqrar rayon olan Göygöldə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılıb. Şura rayonun 1489 ailə və kəndli fermer təsərrüfatına kömək etməyi qarşısına məqsəd qoyub. Fermerlərin çətinlikləri rəsmi qaydada aidiyyəti qurumlar qarşısında qaldırıb və qısa zamanda həlli istiqamətində addımlar atılır.

Süliddin Mahmudov Göygöl rayon Fermerlər şurasının sədri “Havalar həddindən artıq quraqlıq keçib. Əkin sahələri şumlanıb, lakin əzilməyən kəltənlər var. Fermerlər kəltən əzən texnika tapa bilmirlər. Göygöl rayonun dəmyə əkin sahələri olduqca daşlıdı. Daş yığan maşın lazımdır. Bu dəqiqə əsas çətinliklər budur”.

Elnur Vahidoğlu