• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 19.10.2018 14:33

Gəncə şəhər rəhbərliyi sahibkarlarla görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüşüb. Ölkə Prezidentinin tapşırığına əsasən keçirilən qəbulda sahibkarlıq subyektlərinə dövlət dəstəyindən, onların fəaliyyəti üçün yerli icra orqanları tərəfindən lazımi şəraitin yaradılmasından, eləcə də səmərəli fəaliyyətə mane olan süni əngəllərin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışılıb. 50-yə yaxın iş adamının qatıldığı görüşdə təklif və şikayətlər dinlənilib, bir sıra məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

 

Elton Cabbarlı