• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1712
— 19.10.2018 13:08

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

KepezTV Player

Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb. Araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.