• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 13.10.2018 15:59

Gəncə Dövlət Kukla Teatrında Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionundan olan sağlamlıq imkanları məhdud uşaqların çıxışı olub

KepezTV Player

Gəncəmizi Tanıdaq adlı musiqili gecədə kompazisyalar nümayiş etdirilib, musiqilər və şerlər ifa olunub.Azərbaycana Birgə Yardım İctimai təşkilatının dəstəyi ilə həyata keçirilən tədbirdəGəncəni və vətənpərvərliyi tərənnüm edən 10-dan artıq səhnəcik də göstərilib.Tədbirin əsas məqsədi sərhəd bölgələri arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və əlil uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Rəzalə Abbasova UAFA-nın koordinatoru:Uşaqlar hər bir vətəndaş kimi, Azərbaycan vətəndaşı kimi öz şəhərini öz ölkəsini tanımaq üçün  bütün dünyaya car çəkib deyirlər ki, biz vətənimizi sevirik, biz Azərbaycanımızı sevirik, biz Gəncəmizi sevirik. Bu yöndə biz sağlamlıq imkanları məhdud olan uşaqlara və bütün Azərbaycan vətəndaşlarına  vətənpərvərlik hislərini çatdırmaq istiyirik.