• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 18.10.2018 22:59

Evdə yanğın oldu, 70 yaşlı qadın xəsarət aldı

KepezTV Player

Lənkəran rayonu Lüvəsər kəndində  Nəzakət Adıgözəlovaya  məxsus evdə yanğın baş verib. Ümumi sahəsi 160 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə əşyalarla birlikdə  yanıb. Hadisə yerinə dərhal FHN-in Lənkəran Yanğından Mühafizə Bölməsinin əməkdaşları cəlb olunublar. Evin bir hissəsi və ətraf tikililər alovdan mühafizə olunub. Hadisə zamanı  evdə tək olan 70 yaşlı Nəzakət Adıgözəlova  müxtəlif dərəcəli yanıq xəsarətləri  alıb. Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona yuxarı ətrafların yanığı diaqnozu qoyulub. İlkin ehtimala görə, hadisəyə qaz cihazı ilə ehtiyatsız davranış səbəb olub.