• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 18.10.2018 15:54

Şəmkirdə güləş üzrə açıq rayon birinciliyi keçirilib

KepezTV Player

Şəmkirdə 18 oktyabr - Müstəqillik Günü münasibətilə yeniyetmələr arasında güləş üzrə açıq rayon birinciliyi keçirilib. Açılış mərasimində çıxış edənlər Azərbaycanın müstəqillik tarixində əldə etdiyi uğurlardan, xüsusilə idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən söz açıblar. Şəmkirdə güləşə olan maraqdan danışılıb, güləşçilərə yaradılan imkanlar yüksək qiymətləndirilib. Gimnastların nümunəvi çıxşlarından sonra yarışlara start verilib. Birincilikdə Şəmkirlə yanaşı, ətraf 6 rayonun yeniyetmələri də qüvvəsini sınayıb. Ümumilikdə 18 çəki dərəcsində 200-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışları izləyənlər sırasında rayon rəsmləri, Güləş Federasiyasının nümayəndələri ilə yanaşı, Prezident Administrasiyasının məsul əməkdaşları da olub. Gərgin mübarizələrdən sonra ilk üç yeri tutan idmançılar kubok, medal və fəxri fəmanla mükafatlandırılıblar. Qaliblər paytaxtda təşkil olunacaq daha yüksək turnirlədə iştirak hüququ qazanıblar.

Emin İsmayılov - Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: “Dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunan güləş üzrə açıq rayon birinciliyi keçirilir. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənc nəsilə Azərbaycanın 27 il ərzində keçdiyi yolu çatdırmaq. Ən əsasıda istedadlı qabiliyyətli idmançılarımızı gələcəkdə daha yüksək kürsülərə çıxarmaqdır”.

Natiq Hüseyn