• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2033
— 18.10.2018 16:38

“Kəpəz” sabah “Keşlə 2”-ni qəbul edəcək

KepezTV Player

21 yaşlı futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunları səbəbindən I divizionda yaranmış istirahət dövrü başa çatıb. Aşağı liqada iki həftəlik fasilədən sonra 7-ci tura start verilib. İki günü əhatə edəcək turda “Kəpəz” sabah meydana çıxacaq. “Sarı-göylər” Gəncə şəhər stadionunda “Keşlə 2”-ni qəbul edəcək. Oyun saat 15:00-da başlayacaq. Turnir cədvəlində qonşu olan kollektivləri bir-birindən cəmi bir xal ayırır. 5 xallı “Kəpəz” 10-cu, heabında 4 xalı olan qonaqlar 11-ci pillədə qərarlaşıblar. Son üç matçda uduzmayan gəncəlilər növbəti görüşü də uğurlu nəticə ilə başa vurmağa hədəfləyiblər. Komandanın heyətində itkilərin olması da məşqçilər korpusu və futbolçuların qələbə əzmini azaltmayıb. 

Orxan Cəfərzadə