• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 18.10.2018 16:18

Almaniyanın Nitro jurnalının müxbir və fotoqrafları Gəncədə olub

KepezTV Player

Almaniyanın Nitro jurnalının müxbir və fotoqrafı Bernd Lammel və Bettina Şellona Lammel Gəncədə olub. Hər iki qonaq şəhər rəhbəri ilə görüşüb. 3 universtetin, Bakıdan sonra ikinci böyük hava limanının Gəncədə olması, eləcə də Aliminium, Avtomobil, Şərab zavodlarının fəaliyyət göstrərməsi qonaqların diqqətinə çatdırılıb. İlin sonuna kimi Bakı-Gəncə sürət qatarının açılacağından, Gəncə Dövlət Dram Teatrı üçün  yeni binanın tikilməsindən də danışılıb. Bernd Lammel illər öncə Gəncə şəhərində olduğunu və həmin vaxtdan bu günə kimi şəhərin görkəminin çox dəyişdiyini deyib.

Bernd Lammel Almaniyanın Nitro jurnalının müxbiri, fotoqrafı: “Bizim jurnal 15 ildir ki, fəaliyyət göstərir. Bu jurnal həm müxbirlər, həm siyasətçilər, həm də iş adamları üçün nəzərdə tutulub. Jurnalın ən böyük rubrikası beynəlxalq siyasətdir. Birinci dəfə Azərbaycanda 2011-ci ildə Avrovizya müsabiqəsi keçirilən zaman olmuşam. Bu səfər zamanı Azərbaycan haqqında çox şeyləri öyrəndim. Həmin vaxt Gəncədə oldum və Alman-Azərbaycan münasibətlərindən, Helenendorf şəhərindən məqalə hazırladım”.

Elnur Vahidoğlu