KepezTV Player
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda “18 oktyabr Milli Müstəqillik Günü” ilə bağlı keçirilən tədbirdə Azərbaycan xalqının yenidən, ikinci dəfə qazandığı müstəqillik və bu yolda apardığı mübarizədən geniş söhbət açılıb. Qazandığımız dövlət müstəqilliyi süquta uğramaq təhlükəsi ilə üz-üzə qalanda, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olub.Göygöl rayon Musiqi-rəqs ansamblının vətənpərvərlik mövzusunda səsləndirdiyi musiqilər, eləcə də rayon musiqi məktəbinin rəqs kollektivinin çıxışları alqışlarla qarşılanıb. Yekunda “Son İclas” filmi nümayiş olunub.
Elnur Vahidoğlu
- Baxış: 318