• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 18.10.2018 15:47

Gəncədə doqquz ayın yekunları müzakirə olunub

KepezTV Player

2018-ci ilin doqquz ayında Gəncə şəhərdə istehsal edilən ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb. Sənayedə 40,9,  kənd təsərrüfatında isə 0,2 faiz artım müşahidə olunub. Ümumi daxili məhsulun 64,1 faizi iqtisadiyyat, 35,9 faizi isə xidmət sahəsində  əldə olunub. Hesabat dövründə orta aylıq əmək haqqı ötən ilin müvaiq dövrü ilə müqayisədə 15 faiz artaraq 353 manat təşkil edib. Gəncə şəhər İcra Hakimiyyətində təşkil edilən hesabat iclasında şəhərdə həyata keçirilən infrastruktur layihələri barədə də məlumat verilib. Gəncə Lokomotiv Deposunda,  Süni Mərmər və Qranit, Tikinti Qarışıqları, Metlax və sair Tikinti Materialları zavodunda inşaat işləri davam etdirilir.  Bundan başqa Gəncə avtomobil zavodunda istehsalının artırılması da nəzərdə tutulub.Hesabat dövründə Gəncə şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə şəhərində İdman Sarayının inşası davam etdirilir. 60 mənzilli yaşayış binasının inşası isə sürətləndirilib.