• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 18.10.2018 14:09

Gömrükçülər aksiz markasız siqaretlər müsadirə ediblər

KepezTV Player

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz" markalı avtomobil saxlanılıb. İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10 000 ədəd aksiz markasız siqaret aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.