KepezTV Player
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.Adnalı kənd sakini, 58 yaşlı Füzuli Qubadov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb. Nəticədə baş nahiyəsindən aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Mərhum Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisidir. İlkin məlumatlara görə, o, avtomobili idarə edən zaman sərxoş olub.
- Baxış: 396