• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 18.10.2018 10:00

İran yeni avtomobili ilə dünyaya rəzil oldu

Avtomobil sənayesində təsirli olmağa çalışan İran yerli məhsulların istehsalında əhəmiyyətli addımlar atır.

Daha əvvəl Citroen və Peugeot markalı avtomobillərdən nümunə götürərək yerli avtomobillər istehsal edən iranlı mühəndislər ənənəni davam etdiriblər. Bu dəfə isə artıq istehsal olunmayan Lamborghini Murcielago ilə eyni dizaynda avtomobil hazırlanıb. Belə ki, avtomobilin bütün hissələri, həssas mexaniki və mühərrik hissələri Lamborghini Murcielagonun orijinalına uyğun olaraq istehsal edilib. İranın yeni avtomobili haqqında xəbər həm dünya KİV-ində, həm də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Cənub qonşumuzun yeni "ixtirası" gülüş hədəfinə çevrilib.