• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 17.10.2018 13:23

Gəncə Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatının 30 illiyi qeyd olunub

KepezTV Player

Gəncə şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatının 10 mindən çox üzvü var. Bunların da 11 nəfəri İkinci Dünya Müharibəsi iştirakçısı, 160 nəfər arxa cəbhədə olan, 296 nəfəri isə müharibə də həlak olanların dul arvadlarıdır. Həmçinin təşkilat da 465 nəfər Qarabağ müharibəsi əlili və 3570 nəfər müharibə veteranı, 3140 nəfər əmək veteranı qeydiyyatdadır. Bu fikirlər  təşkilatın yaranmasının 30 illiyi və Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Qurum vətənpərvərliyi, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir. Tədbirdə ikinci dünya müharibəsinin iştirakçısı Tofiq Hüseynova Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən medal təqdim olunub.

Yusif Məmmədov - Gəncə şəhər Veteranlar Təşkilatının sədri: Bütün sahələr üzrə bizim veteranlar var. Həmin veteranlar bizim dövlətin inkişafı üçün əlindən gələni edirlər. İctimayyət arasında da bizim Gəncə Veterenlar təşkilatının böyük hörməti var. Ona görə də həmişə dövlət tərəfindən bizi mükafatlandırırlar”.

Fəxrəddin Hüseynov - veteran – Veteranlar təşkilatının yaranmasının 30 illiyidir. 30 il müddətində veteranlar şərəfli və fəxri yol keçiblər. Bu müddət ərzində bütün ictimai işlərdə, siyasi işlərdə, əmək cəbhəsində, müharibə cəbhələrində veteranlat yaxından iştirak edib. Bu gündə yeri gələn də ön xəttə gedirik və orada tədbirlərdə iştirak edirik. 

Elnur Vahidoğlu