• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 17.10.2018 13:29

Göygöldə bu ilin 9 ayının yekunları müzakirə edilib

KepezTV Player

2018 ci ilin geridə qalan dövrü ərzində Göygöl rayonunda istehsal və xidmət sahələri genişləndirilib, sosial obyektlərin tikintisi, eləcə də abadlıq-quruculuq işləri sürətləndirilib. Hesabat dövründə 348-i daimi olmaqla 578 yeni iş yeri yaradılıb. Bunlar Göygöl rayon icra hakimiyyətində bu ilin 9-ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Bu il 17 sahibkara 190 min manat məbləğində güzəştli kredit verilib. Bu kreditlər rayonda kənd təsərrüfatının sürətli inkişafına zəmin yaradıb. Nəticədə ət, yun və süd istehsalı xeyli artıb. Kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində işlər davam etdirilib. Şəhriyar və Kərəmli kəndinin sakinləri artıq mavi yanacaqdan istifadə edirlər. Qızılca, Yeni Qızılca, Sərkar və Haçaqaya kəndlərində, eləcə də Bəhrambağ qəsəbəsində bu istiqamətdə işlər davam etdirilir. Hesabat iclasında rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsindəki vəziyyətə də toxunulub. Sözügedən sahələr üzrə mövcud nöqsanların aradan qaldırılması üçün aidiyyəti şəxslərə tapşırıqlar verilib.

 

Natiq Hüseyn