• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 17.10.2018 13:26

Şəmkirdə QHT üzvlərinin iştirakı ilə toplantı keçirilib

KepezTV Player

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətinin 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda ictimai müzakirələr davam edir. Növbəti belə tədbir Şəmkirdə reallaşıb. Şuranın 10 illik fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başlayan dinləçələrdə bu müddət ərzində qurumun həyata keçirdiyi tədbirlərdən danışılıb. Ötən illər ərzində şura QHT-lərin iş prinsipinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb. Xüsusi ilə bölgələrdə dövlət qeydiyyatına alınan QHT-lərin sayı bir neçə dəfə artıb. Bu QHT-lərin həyata keçirdiyi layihələrin əsasını bölgənin sosial iqtiadi inkişafı, kəndlərdə infrastruktur yenilikləri təşkil edib. Çıxışlarda şuranın qarşıdakı prespektiv planlarına da toxunulub. İştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

 

Natiq Hüseyn