• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1983
— 17.10.2018 10:02

Intel ən sürətli oyun prosessorunu təqdim etdi

Personal kompüterlər üçün dünyanın tanınmış prosessorlarını istehsal edən Intel şirkəti yeni yüksək məhsuldarlı çiplərini təqdim edib. Kütləvi bazar üçün yeni 262 dollara Core i5-9600K, 374 dollara Core i7-9700K və 488 dollara Core i9-9900K prosessorları nəzərdə tutulub. Kiçiyinin 6 nüvəsi, ortancılın 8 nüvəsi olduğu halda hər ikisi də hyperthreading texnologiyasından məhrum olub. Bu texnologiya yalnız 8 nüvəli i9-da işləkdir. O, 3,6-dan 5 qeqaherzədək takt tezliyində işləyir. Hər üçünün termik dizayn gücü (TDP) 95 vattdır, satışa isə 19 oktyabrdan çıxacaq. Məhz Core i9-u video oyunlar üçün ən yaxşı prosessor adlandırırlar.