• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1954
— 16.10.2018 15:44

Qanunsuz ov edən cərimələndi

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər ov alətləri götürülüb.Faktla bağlı Kazımov barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.