• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 16.10.2018 15:38

İki maşın toqquşdu, xəsarət alanlar var

KepezTV Player

Tovuz şəhəri Heydər Əliyev prospektində çörək daşıyan "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" toqquşub. Zərbənin gücündən çörək maşını aşıb. Nəticədə Əlibəyli kəd sakini, 27 yaşlı Vüsal Quliyev, "Semzavod" qəsəbə sakini, 28 yaşlı Seymur Böyükkişiyev, Tovuz şəhəri, Xətai küçəsində yaşayan, 31 yaşlı Leyla Fətdayeva və  60 yaşlı  Kifayət Əliyeva, Yuxarı Öysüzlü kənd sakini, 31 yaşlı Elvin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.