• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1338
— 16.10.2018 15:35

Çaqqal həyətə girərək ev sahibinə xəsarət yetirib

KepezTV Player

Zaqatalanın Muğanlı kəndində yırtıcı heyvan sakinə xəsarət yetirib. 45 yaşlı Çingiz Əhmədovun yaşadığı evin həyətinə girən çaqqal ona hücum edərək yuxarı ətrafını və barmaqlarını dişləyərək çeynəyib. Qonşuların köməkliyi ilə Əhmədov yırtıcıdan xilas edilib və çaqqal öldürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra nəzarət altında olmaq şərti ilə ambulator müalicəyə buraxılıb.