• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 15.10.2018 18:57

Gəncədə iki maşın toqquşdu: 4 yaralı

Gəncədə ağır qəza baş verib. Gəncə-Samux yolunun şəhərin Keçid küçəsindən keçən hissəsində “Mercedes Vito” və “VAZ 2106” markalı avtomobillər toqquşub. VAZ aşıb, nəticədə sürücüsü və 3 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların şəxsiyyətləri dəqiqləşdirilir. Fakt araşdırılır.

 

Natiq Hüseyn