• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 15.10.2018 14:56

Gəncədə infrastruktur layihələrinin həyata keçirildiyi küçələrin asfaltlanması davam etdirilir

KepezTV Player

Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı asfalt örtüyü sıradan çıxan küçə və prospektlərə yeni asfalt çəkilir. Paralel olaraq yol kənarlarıda abadlaşdırılır, küçələrin işıqlandırılması üçün müasir sistem quraşdırılır.  Hazırda uzunluğu 1300 metr olan Azərbaycan Bayrağı küçəsində işlər yekunlaşmaq üzrədir. Ilin sonuna kimi Gəncənin 22 küçəsində ümumi uzunluğu 20 kilometrdən artıq yola yeni asfalt salınacaq.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: Bununla yanaşı hazırda şəhərin Qara Qarayev küçəsində işlər gedir. Bundan başqa uzun müddətdir asfalt örtüyü bərbad olan   Bağbanlar küçəsində işlər başlamışdı. İlin sonuna kimi iş aparılan bütün küçələrin asfaltlanması başa çatdırılacaq.