• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 15.10.2018 13:17

Sərhəd pozucusunda 10 kq-dan artıq narkotik vasitə və xeyli psixotrop dərman aşkarlanıb

KepezTV Player

Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zas­tavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfin­dən aşkar edilib.Hadisə 1DSX Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin xidməti ərazisində baş verib. Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İran İslam Respublikasına tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib. Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.