• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 15.10.2018 13:26

6 avtomobil toqquşdu, yaralılar var

KepezTV Player

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Şəhərin şərq çıxışında "QAZ-53" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Yoldan keçən bir neçə sürücü avtomobillərini saxlayaraq qəzaya düşən şəxsə kömək etmək istəyib. Bu zaman "Bakı-Gəncə" xətti üzrə işləyən "Mercedes" markalı avtobus qarşısındakı "Mercedes" markalı 2 minik avtomobilinə çırpılıb. Həmin avtomobillər də digər maşınlara dəyib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, avtomobillərdə olan 51 yaşlı İlqar Əliyev, 25 yaşlı Hüseyn Şirani və 20 yaşlı Nərmin Verdiyeva xəsarət alaraq xəstəxanaya aparılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.